Sabah yaz havası olacaq
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 18-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq dağətəyi rayonlarda sulu qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 0-4 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Qeyd edək ki, martın 15-i axşamdan martın 18-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


