“Danışıqlar heç bir nəticə verməyib” – Artur Rasizadə

“Danışıqlar heç bir nəticə verməyib” – Artur Rasizadə
  17 Mart 2015    Oxunub:3419
“Təəssüflər olsun ki, Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar ötən il heç bir nəticə verməyib. Ermənistanın münaqişənin həllində tutduğu mövqe mövcud status-kvonun saxlanmasına, məsələnin həllini qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur”.
AzVision.az xəbər verir ki, bunu Baş nazir Artur Rasizadə Milli Məclisdə Azərbaycan hökumətinin hesabatı zamanı çıxışında deyib.

Baş nazir bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordunun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır:

“Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti