Azərbaycana xaaricdən müəllimlər gətirilir
Onun sözlərinə görə, Azərbaycan Təhsil Nazirliyi ölkənin təhsil müəssisələrində dərs keçmək üçün xarici mütəxəssisləri dəvət edəcək.
Nazir bildirib ki, TN hazırda Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı yeni dövlət proqramı hazırlayır. Həmin proqram çərçivəsində xarici mütəxəssislərin də ölkəyə dəvət edilməsi nəzərdə tutulur: “Ötən həftə Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı hazırkı dövlət proqramının növbəti illərdə davam etdirilməsi məsələsi müzakirə edildi. Yeni proqram çərçivəsində biz xarici ölkələrin müəllim və professorlarını ölkəyə dəvət etməyi planlaşdırırıq”.
M.Cabbarov qeyd edib ki, proqram çərçivəsində artıq təxminən 900 tələbə xarici ölkələrin ali məktəblərinin məzunu olub. Onun sözlərinə görə, son iki ildə bu proqram çərçivəsində 1000-dən çox azərbaycanlı gənc xaricə göndərilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


