Polad İstehsalı Kompleksi vergidən azad edildi

Polad İstehsalı Kompleksi vergidən azad edildi
  17 Mart 2015    Oxunub:1841
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” qərarında dəyişiklik edib.
AzVision.az-ın xəbərinə görə, dəyişikliyə əsasən dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin tikintisi üçün layihə çərçivəsində “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2019-cu il yanvarın 1-dək qüvvədədir.

AzVision.az


Teqlər:  



Xəbər lenti