Tovuz sakininin inək fırıldağı

Tovuz sakininin inək fırıldağı
  17 Mart 2015    Oxunub:1701
Naməlum şəxs Tovuz rayonunun Mülkülü kənd sakini Nazim İbrahimova ödəniş kimi eyni nömrəli 50 manatlıq saxta əskinaslar verib.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevral ayının 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən bazarda naməlum şəxs Mülkülü kənd sakini Nazim İbrahimovdan 1 baş inək alıb və ödəniş kimi ona 14 ədəd eyni nömrəli 50 manatlıq saxta əskinas verib.

Faktla əlaqədar Tovuz RPŞ-də cinayət işi başlanılıb.


Teqlər:  



Xəbər lenti