Siyavuş Novruzov deputata sataşdı: “Gedib papağını atsın”
Millət vəkili çıxışında həmkarlarına iradlarını bildirib:
“Deputat həmkarlarıma səslənirəm ki, bu gün hər hansı təkliflə çıxış etmək mənasızdır. Bu il keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən uğurla keçən deputatlar gələn ilin dövlət büdcəsinin müzakirə olunmasını gözləsələr daha yaxşı olar. Bu səbəbdən də indi hansısa tənqidə ehtiyac görmürəm. Hesab edirəm ki, hökumətin hesabatını məqbul hesab edib səs verək ki, Fazil Mustafa gedib papağını atsın”.
Spiker Oqtay Əsədov isə deyib ki, kiminsə seçkilərdə seçilib-seçilməməsi məsələsini bilmədiyimizdən qoy indidən təkliflərini səsləndirsinlər:
“İstəmirəm ki, kiminsə arzusu ürəyində qalsın”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


