“Hökumət 8 ay ərzində ciddi addımlar atmalıdır”

“Hökumət 8 ay ərzində ciddi addımlar atmalıdır”
  17 Mart 2015    Oxunub:1880
“Azərbaycan hökuməti milli valyutanın devalvasiyasından faydalanmaq üçün yaxın 8-10 ay ərzində ciddi addımlar atmalıdır”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Əli Məsimli parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı bildirib.

Deputat hökumətin devalvasiyadan sonra tədbirlər paketi hazırladığına ümid etdiyini deyib:

“Devalvasiyadan uğurla yararlanmaq üçün hökumət 8-10 ay ərzində ciddi addımlar atmalı, ixrac imkanı olanlara əlverişli şərait yaratmalıdır. Hesab edirəm ki, Dövlət Neft Fondunun 1-2 mlrd. dolları ixrac potensialının inkişaf etditrilməsi, ixraca dəstək üçün istifadə edilməlidir”.

Ə.Məsimli qeyd edib ki, hazırda Azərbaycan bəzi məhsullar üzrə özünü 80-85% təmin edir:

“Lakin taxıl üzrə bu göstərici 60%-dir və bu göstəricinin artılması istiqaməıtində işlər görülməlidir. Hesab edirəm ki, neftin qiyməti əhəmiyyətli dərəcədə qalxmayacaq. Devalvasiyanın təsirinin əhalinin müəyyən təbəqələrinə vurduğu zərbə, dollarla kredit alanların durumu hələ də həll olunmamış qalır. Ona görə də, hökumət ortaq məxrəcə gəlməli, tədbirlər planında bütün bunları nəzərə almalıdır”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti