Ərdoğanla Əliyev görüşdü - FOTOLAR

Ərdoğanla Əliyev görüşdü - FOTOLAR
  17 Mart 2015    Oxunub:2684
Qarsda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə respublikasının prezidenti Rəcəb Tayib Ərdoğanla görüşüb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş zamanı dövlət başçıları ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar. Görüşdə həmçinin ikitərəfli maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

****
15.18

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hazırda Qarsdadır.

AzVision.az-ın məlumatına görə, Ərdoğanı havalimanında xeyli sayda Ədalət və İnkişaf Partiyasının üzvləri qarşılayıblar.

Bundan sonra isə Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşə gedib.

Qeyd edək ki, bu gün Qars şəhərində Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsinin təməlqoyma mərasimi keçiriləcək.











Sevinc İltifatqızı
AzVison.az



Teqlər:  



Xəbər lenti