Ərdoğan: `Heydər Əliyevin adını yaşadacağıq`

Ərdoğan: `Heydər Əliyevin adını yaşadacağıq`
  17 Mart 2015    Oxunub:2004
"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını Türkiyədə yaşatmağa davam edəcəyik".
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün prezident İlham Əliyevin də iştirakı ilə Qarsda baş turan ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində deyib.

Ərdoğan bildirib ki, təhsil kompleksinin açılması ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını ölkəni hər yerində yaşatmış oluruq və bundan sonra da yaşatmağa davam edəcəyik. Heydər Əliyev adını daşıyan bu texniki liseyi nümunəvi bir təhsil ocağı kimi görürük".

Onun sözlərinə görə, liseyin Qarsda açılması Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin simvoludur.

Qeyd edək ki, bu gün Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılışı keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak ediblər.


Teqlər:  



Xəbər lenti