Elmar Vəliyev yarmarkada - FOTOLAR

Elmar Vəliyev yarmarkada - FOTOLAR
  17 Mart 2015    Oxunub:2344
Azərbaycan xalqının ən əziz bayramlarından olan “Novruz bayramı” münasibəti ilə Gəncədə təşkil edilən yarmarkada kənd təsərrüfatı və ərzaq məhsulları alıcılara təklif olunub.
Satışa 20 növə yaxın kənd təsərrüfatı, eləcə də 10 çeşiddən çox ərzaq məhsulları çıxarılıb.

Qiymətlər isə bazarla müqayisədə xeyli ucuz olub. Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Bir günlük aksiyada sakinlərin alıcılıq qabiliyyəti yüksək olub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sərgi-satış yarmarkasının gedişatı ilə tanış olub, qiymətlərlə maraqlanıb. Elmar Vəliyev vurğulayıb ki, yarmarkanın təşkilində məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Şəhər sakinləri Ülviyyə Babayeva, Həşim Məmmədov, Tofiq Əliyev və digərləri yarmarkanın təşkilindən, qiymətlərin sərfəli olmasından razılıq bildiriblər. Bu cür yarmarkaların təşkilinin davamlı olmasını arzu ediblər.














Teqlər:



Xəbər lenti