İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
  18 Mart 2015    Oxunub:1635
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən martın 15-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, nəticələr Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib.

Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı səkkizdən, xarici dil və ya kimya fənnindən altıdan az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 5 min 26 şagirddən 203-ü imtahana gəlməyib. İki şagird imtahan qaydaların pozduğu üçün imtahandan xaric edilərək nəticələri ləğv olunub.


Teqlər:



Xəbər lenti