Sürətlə çoxalırıq

Sürətlə çoxalırıq
  21 May 2013    Oxunub:1352
“Ötən il ərzində Azərbaycanda 175 min uşaq doğulub. Bu gün doğum göstəricləri 2001-ci illə müqayisədə artıb. 2001 ci ildə 110 min uşaq doğulmuşdusa, 10 il ərzində doğulanların sayı artaraq 175 min nəfərə çatıb. Bu onu göstərir ki, doğum göstəricləri Azərbaycanda artmaqda davam edir”. Bu barədə AzVision.az–a Respublikanın baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev məlumat verib.

N. Quliyev bildirib ki, uşaqların ölüm göstəricilərinin sayı isə günbəgün azalır: “1993-cü ildə hər min doğulan uşaqdan bir yaşına çatmayıb, tələf olanların sayı 29 nəfər idisə, indi bu rəqəm 3 dəfəyə qədər azalıb. Amma bu son hədd deyil, çalışırıq ki, bu rəqəmlər 4-5 promilliyə qədər azalsın”

Baş pediatrın sözlərinə görə, iyul ayında yeni peyvənd növü tətbiq olacaq: “Peyvənd dünyada alternativi olmayan xəstəlikdən qorunma üsuludur. Bütün dünya peyvənddən istifadə edir. Ölkə nə qədər çox inkişaf edirsə, peyvənddən də bir o qədər çox istifadə edirlər. Bəzi ölkələr var ki peyvənddən siyasi məqsədlər üçün istifadə edirlər. Azərbaycan olaraq həmişə çalışırıq ki, bu işlərdən kənarda duraq. Peyvəndin nə qədər vacib olduğunu hamı bilməlidir. Peyvəndin reaksiyası, fəsadları minumum həddədir. Elə ölkələr var ki orada endemik xəstəliklər var. O ölkəyə gedən adamlara təklif olunur ki, bu ölkədə hər hansı bir xəstəlik var, ona uyğun peyvənd olmalıdır. Biz peyvəndlərin böyük əksəriyyətini edirik. İyul ayından da pnemakok çöplərinə qarşı peyvənd tətbiq olacaq. Pnemakoklara qarşı olan peyvənd digərlərindən ən bahalısı və vacibidir. Pnemakok çöpləri pnevmoniya, miningit kimi ağır xəstəliklər törədə bilər. Bu peyvənd baha olsa da, vəsaitin böyük bir hissəsini dövlət öz hesabına götürüb”

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti