Ölünün bayram payına ehtiyacı varmı? - VİDEO

Ölünün bayram payına ehtiyacı varmı? - VİDEO
  18 Mart 2015    Oxunub:2743
Novruz bayramı ərəfəsində diqqət çəkən məqamlardan biri qəbiristanlıq ziyarətləridir. Bəzən qəbir ziyarətləri öz mahiyyətindən çıxır. Ölmüş yaxınına, yəni qəbirüstünə bayram sovqatı daşıyanlar, hətta qəbirin yanında məşəl, ya da tonqal qalayanlar var. Din xadimləri bu barədə xəbərdarlıq edir.

Qəbirlərin yanında lopalar yandırılır. Ziyarətə gələnlər səməni, şirniyyat və digər ərzaqlar qəbirlərin üstünə qoyurlar.

Digər bayramlar kimi Novruz və ərəfəsindəki İlaxır çərşənbədə də qəbiristanlıq ziyarətləri aktuallaşır. Ancaq Novruz və İlaxır çərşənbədə qəbiristanlıqda tonqal qalayanlar, qəbirüstünə bayram sovqatları qoyanlar var.

Bənzər ənənələr digər rayonlarda da yaşanır. Hətta son 1 ildə ölən şəxslərin yaxınları bu günü qara bayram kimi qeyd edir. Din xadimləri qəbirləri ziyarətini, ölənlərin ruhuna dua etməyi normal saysalar da qəbirüstünə şirniyyat və digər əşyaları düzməyi, habelə tonqal qalamaq kimi adətləri doğru saymır.





Teqlər:



Xəbər lenti