Lənkəranda güclü yanğın

Lənkəranda güclü yanğın
  18 Mart 2015    Oxunub:1538
Lənkəranda güclü yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran rayonu, Lüvəsər kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus umumi sahəsi 240 kv.m olan ikimərtəbəli 4 otaqdan ibarət evin 2 otağı, aynabəndin yanar konsturuksiyaları, ev əşyaları və dam örtüyü 180 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti