Bibisinin evindən 43 min oğurladı

Bibisinin evindən 43 min oğurladı
  18 Mart 2015    Oxunub:1530
Abşeron polisi bibisinin evindən oğurluq etməkdə şübhəli bilinən Həsən Əfəndizadəni yaxalayıb.
AzVision.az Region TV-yə istinadən xəbər verir ki, tələbə olan Həsən Əfəndizadə oğurluq etdiyi vaxt bibisigil Bərdədə toyda olub.

Pəncərəni sındıraraq evə daxil olan Həsən Əfəndizadə oradan 43 min manat məbləğində pul və xeyli zinət əşyaları oğurlayıb.

Saxlanılan şəxs deyib: "Bilirdim ki, evdə heç kim yoxdur. Darvazadan içəri tullandım, reşotkanı dəmirlə açıb evə girdim, pulları götürüb çıxdım. 2 minə yaxın borcum var idi, onu ödədim, qalanını qaytardım".

Faktla əlaqədar Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.


Teqlər:





Xəbər lenti