Rektor qızını döyən qardaşlardan biri həbs edildi

Rektor qızını döyən qardaşlardan biri həbs edildi
  18 Mart 2015    Oxunub:6027
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur və Elin qardaşlarından biri barəsində həbs qətimkan tədbiri seçilib.
AzVision.az-ın məlumatına görə, hakim Sahibxan Mirzəyev Zaur Məmmədov barəsində həbs qərarı qəbul edib.

Məhkəmənin qərarı ilə, Xətai rayon Məhkəməsinin qərarı qismən ləğv edilib və Ülkər İsayevaya qarşı fiziki zor tətbiq edən iki qardaşdan biri - Zaur Məmmədov barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən həbs qətiimkan tədbiri seçilib. Onun qardaşı Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.




Teqlər:  



Xəbər lenti