İlham Əliyev nazirlə görüşdü
Nazir Əli Əhməd Karti Sudan Prezidenti Ömər Həsən Əhməd əl Bəşirin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi və qazanılan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini qeyd edən nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəsinin tutduğu ədalətli mövqeyin dəyişməz olaraq qalacağını bir daha vurğuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr, iqtisadi sahədə, o cümlədən enerji sektorunda əməkdaşlıq və bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olundu.
Dövlətimizin başçısı Prezident Ömər Həsən Əhməd əl Bəşirin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş etdi.







Vaxtında, Aydın, Lazımlı!


