Əcnəbilərə xəbərdarlıq

Əcnəbilərə xəbərdarlıq
  18 Mart 2015    Oxunub:1405
“Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli Qanununa əsasən Məcəllənin 21.2-ci maddəsində “informasiya ehtiyatı, poçt,” sözləri “informasiya ehtiyatı,” sözləri ilə əvəz edilib.
Dövlət Miqrasiya Xidmətindən AzVision.az-a verilən məlumata görə, bu il aprelin 1-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı poçt şöbələrində aparılmayacaq.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az saytına daxil olmaqla elektron qaydada və yaxud Xidmətin regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Əlavə məlumat üçün (012) 919 nömrəsinə müraciət etmək lazımdır.

AzVision.az


Teqlər:



Xəbər lenti