25 mart tarixindən kağız tullantıların qəbulu üçün bütün “ASAN xidmət” mərkəzlərində xüsusi konteynerlər quraşdırılacaq. Layihə çərçivəsində "Azersun Holding" MMC tərəfindən 300 kq-dan artıq kağız tullantıların ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil ediləcəkdir.
Kağız tullantılarını səyyar qaydada təhvil vermək istəyən şəxslər IDEA İctimai Birliyi (497-63-16 nömrəsi) və ya “ASAN xidmət” ilə (108 qaynar xətti) əlaqə saxlaya bilərlər. Layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.
2014-cü ilin fevral – aprel ayları ərzində Bakı şəhərində “Hər kağızı bir yarpağa dəyişək” layihəsinin pilot fazası həyata keçirilib və 79 tona yaxın kağız toplanaraq təkrar emal müəssisəsinə göndərilib.







Vaxtında, Aydın, Lazımlı!


