Qandinin qanı hərraca çıxarıldı

Qandinin qanı hərraca çıxarıldı
  21 May 2013    Oxunub:1698
Hindistanın keçmiş lideri Mahatma Qandinin qanı Londonda hərraca çıxarılacaq.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, iki şüşədə yerləşdirilən qan nümunələrinin 15,200-22,800 dollara satılacağı ehtimal edilir.

Hərraca çıxarılacaq qan nümunələri 1924-cü ildə Mumbayda müalicə alarkən Qandidən götürülüb.

Qan nümunələri Mallok kolleksiyasının əldə etdiyi əşyalardan biridir. Keçmiş liderin səndəlləri, şal və yataq örtüyü də Mallok kolleksiyasının tərkibindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti