`Şəklimizi, bir də bürünməyə yorğan götürdüm` - VİDEO

`Şəklimizi, bir də bürünməyə yorğan götürdüm` - VİDEO
  18 Mart 2015    Oxunub:2112
`Ağdamda, "Dom Çay"da bu gün çay içim, sabah ölsəm də, dərdim olmaz..."

APA TV-nin “Ötən əsrin adamları” verilişi Ağdamın Gülablı kəndindən qaçqın düşən 83 yaşı Fərəc Fərəcovun ailəsinin qonağı olub. “İstərdim sizi Ağdamda qarşılayım. Burda özümü adamlara borclu bilirəm. Hələ də ağlım oralardadır”,- deyən ev sahibi bildiri ki, indi də qəribsəyir oralar üçün: `Amma hələlik əlimiz yetmir. O kənddə on dörd bulaq var idi. İkinci belə kənd tanımıram mən. Ev-eşik tikib quranda da əlimizdən tuturdu təbii sərvətləri. Pul verib daş, qum almırdıq”.

Onun yoldaşı Məhluqə xala Gülablıdan necə çıxdıqlarından danışıb: “Vəziyyət ağır idi. Kəndə əsgərlər gəldi. Əslində bizi aparmağa gəliblərmiş. Amma birbaşa deyə bilməyiblər. Oturdular, evlərdən içməli su istədilər. Onda soruşduq ki, “bala bəs nətərdi vəziyyət?”... Dedilər ki, güc çatmır, yığışın”.

Məhluqə xala qaçqınlığı dəhşətini belə anladıb: “Evdən götürmək üçün nəyə əl uzatdımsa elə bil o biri əşya dedi ki, məni də götür. Fikirləşdim ki, bu qabı götürüm?...Yox, o biri qab məndən inciyəcək axı. Bu paltarı götürüm? O biri küsəcək axı...Heç nə götürməyə əlim gəlmədi. Sənədləri, kişinin anasıyla şəklini, özümüzün şəklimizi, bir də bürünməyə yorğan götürdük. Başqa hər şeyimiz qaldı. Elə bil özümüz də qalmışıq…”

AzVision.az jurnalist Jalə Mütəllimovanın hazırladığı verilişi təqdim edir:




Teqlər:





Xəbər lenti