13 mindən çox şəxs Avtovağzaldan istifadə edib

13 mindən çox şəxs Avtovağzaldan istifadə edib
  18 Mart 2015    Oxunub:1125
Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib.
AzVision.az-ın məlumatına görə, Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib ki, sərnişin sıxlığı müşahidə olunacağı günlərdə gün ərzində ehtiyac olarsa, xəttə 250-dən artıq əlavə nəqliyyat vasitəsi çıxarılacaq.

Növbə rəisi qeyd edib ki, martın 16-dan bu günə kimi gün ərzində 500-dən çox nəqliyyat vasitəsi, 12-13 min sərnişin yola salınıb: “19-20 mart tarixlərində 600-dən çox nəqliyyat vasitəsi, 15 mindən çox sərnişin yola salınacağı nəzərdə tutulub. Əgər adi günlərdə 8-9 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 mindən çox olacağı gözlənilir. Adi günlərdə 350-400 nəqliyyat vasitəsi xəttə buraxıldığı halda, bayram günlərində onların sayı 600-dən çox olacaq”.

Bildirilib ki, bununla əlaqədar avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilib, qiymət intizamına nəzarət komissiyası yaradılıb.

Qeyd edək ki, gücləndirilmiş iş rejimi martın 28-nə kimi davam edəcək.(AzərTAc)


Teqlər:





Xəbər lenti