Mayın 9-da Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin büstünü quraşdırmağı planlaşdırırlar.
AzVision.az TASS-a istinadən xəbər verir ki, heykəl Putini Roma imperatoru obrazında əks etdirəcək. Heykəl üzərində isə heykəltaraş Pavel Qreşnikov işləyir. Onun qələbə gününə kimi işləri başa çatdıracaq.
Büstün quraşdırılmasının təşəbbüskarı isə kazak atamanı Andrey Polyakov olub. O, büstün “Prospekt Prosveşeniya” metrosunun qarşısında quraşdırmaq istəyir.