İlham Əliyev Roma Papasına məktub yazdı

İlham Əliyev Roma Papasına məktub yazdı
  18 Mart 2015    Oxunub:2063
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski təbrik edib.

AzVision.az xəbər verir ki, ölkə başçısının məktubunda deyilir:

-Zati-müqəddəsləri,

Tacqoyma gününüz münasibətilə Sizə və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Vatikan arasında tolerantlığın, multikulturalizmin, ümumbəşəri dəyərlərin təntənəsi naminə müvəffəqiyyətlə davam edən əməkdaşlıq bundan sonra da Yer üzündə sülhə və əmin-amanlığa, insanlar arasında qarşılıqlı anlaşmaya və həmrəyliyə xidmət edəcəkdir.

Bu yaxınlarda Vatikana səfərimi, Sizinlə keçirdiyim görüşü, apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, müqəddəs missiyanızda uğurlar, məsləkdaşlarınıza xoşbəxtlik və firavanlıq diləyirəm.



Teqlər:  



Xəbər lenti