Prezidentdən 2 yubiley sərəncamı

Prezidentdən 2 yubiley sərəncamı
  18 Mart 2015    Oxunub:1629
Prezident İlham Əliyev Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin (Əlağa Məmmədqulu oğlu İsgəndərovun) anadan olmasının 120 illik yubileyi qeyd ediləcək.

Sərəncamdda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli Azərbaycan şairi Əlağa Vahidin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməsi tapşırılıb.

Prezident İlham Əliyev bundan əlavə Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında da sərəncam imzalayıb.

2015-ci ilin dekabr ayında dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur.

Ölkə başçısı qərara alıb ki, Azərbaycan mədəniyyətinin inkişafı və təbliği naminə misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkar Rəşid Behbudovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi görkəmli musiqi xadimi Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

AzVision.az


Teqlər:  



Xəbər lenti