“Bakı-2015” 55 ölkədə yayımlanacaq
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “NEO Sports” şəbəkəsinin sonuncu yayım tərəfdaşlarından biri olmasından məmnunluğunu bildirərək deyib: “Birinci Avropa Oyunlarının Hindistandakı idman azarkeşləri üçün yayımlamasını səbirsizliklə gözləyirəm. Hindistan əhalisinin sayına görə dünyada ikinci yerdədir və əsas idman ölkələrindəndir. İmzaladığımız saziş sayəsində Avropa Oyunlarının brendi və Oyunlarla bağlı mesajımız daha geniş əraziyə yayılacaq”.
“NEO Sports” kanalının icraçı vitse-prezidenti Mautik Tolia söyləyib: “Tamaşaçılarımız bütün dünyada keçirilən yüksək səviyyəli idman yarışlarına çox həvəslidirlər. Onlar bu yay Bakıda keçiriləcək yarışları izləməkdən zövq alacaqlar. Avropa Oyunları beynəlxalq idman təqvimində yeni hadisə olacaq. “NEO Sports” kanalı Oyunları hindistanlı azarkeşlər üçün təqdim etməkdən qürur hissi duyur”.
Bu sazişin bağlanması ilə Avropa Oyunları ABŞ, Çin və ərəb dünyası da daxil olmaqla dünyanın 55 ölkəsində yayımlanacaq.
Teqlər: