ASAN könüllülərinin gələcəyi necə olur? – MÜSAHİBƏ

ASAN könüllülərinin  gələcəyi necə olur? – MÜSAHİBƏ
  19 Mart 2015    Oxunub:25771
ASAN-da könüllü çalışan gənclər bundan nə qazanırlar? Onlar üçün hansı imkanlar açılır? AzVision.az-a müsahibəsində bu sualları `ASAN kadr` karyera mərkəzinin koordinatoru Ləman Əhmədova cavablandırıb.

- Bərdə “ASAN xidmət” mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev ASAN Kadrla bağlı xoş təsərrüatları paylaşdı. Bununla bağlı nə deyə bilərsinz?


- Cənab Prezident İlham Əliyev gənclərin dostudur və ASAN könüllülərinə həmişə dəstək olur. Ölkə başçısının “ASAN kadrla” bağlı çıxışını izləyəndə çox ruhlandım və fəxr etdim ki mən könüllü olmuşam. Belə ki, o, dəfələrlə çıxışlarında qeyd edib ki, “Könüllük çox nəcib bir işdir və bu fəaliyyətlə məşğul olan şəxslərə böyük hörmət var. Könüllü xidmət gənclərin tərbiyəsidir və könüllülər bizim kadr ehtiyatmızdır”.

- Asankadr.az portalının ideyası necə yarandı?

- Bu portal yaranmamışdan öncə dövlət orqanlarından və xüsusilə özəl şirkətlərdən çoxlu müraciətlər daxil olurdu. Onlar bizdən müxtəlif vakansiyalar üzrə kadrlar tövsiyə etməyimizi xahiş edirdilər. Biz də müraciətlərin çoxluğunu nəzərə alaraq, `asan kadrlar`la bağlı məlumatların bir bazada təmin edilməsini, onlar arasında birbaşa əlaqənin asanlaşdırılması üçün asankadr.az portalı yaratdıq.

- Asankadr.az-ın missiyası və fəaliyyət istiqamətləri nələrdir?

- AsanKadr.az portalı ASAN könüllülərin vakansiya portalıdır. Məqsədimiz gənc, təcrübəli və iş potensialı ilə fərqlənən kadrlarla dövlət orqanları və özəl şirkətlər arasında körpü yaratmaqdır.

- Dövlət orqanları və özəl şirkətlər nə üçün asan kadrları seçməlidir?

- İlkin olaraq, gənclərimiz könüllü fəaliyyəti müddətində əsl həyat məktəbi keçirlər. Onlar real işin içində, vətəndaşlarla birbaşa ünsiyyətdə olurlar, dövlət qulluğu təcrübəsi qazanırlar.
Daha sonra könüllük müddətində onlara müxtəlif mövzular üzrə təlim keçirilir. Onlar “ASAN Könüllüləri” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən layihələrin təşkilatçılığında iştirak edirlər. Həmçinin digər dövlət orqanlarında və özəl şirkətlərdə təcrübə toplayırlar.
Bir sözlə, onlar əsl kadr kimi yetişirlər. Buna görə də, dövlət və özəl qurumlar seçimlərində asan kadrlara üstünlük verirlər.

- Asankadr.az-ın uğur indikatoru nədir?

- Bu günə kimi 435 nəfər asan könüllüsü dövlət orqanlarında, həmçinin özəl şirkətlərdə işlə təmin edilib. Onların uğur hekayələri portalımızda işıqlandırılıb. Bildirmək istəyirəm ki, uğur indikatorumuz birbaşa olaraq işlə təmin edilən gənclərin sayı ilə ölçülür.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti