Nazirin qardaşı 4-cü dəfə deputat olmaq istəyir?
15 ildir deputat mandatı daşıyan E.Məmmədov builki parlament seçkilərində namizəd olub-olmayacağı haqda suala aydınlıq gətirib.
“Bu illər ərzində seçicilərimin heç bir problemi mətbuatın gündəminə çıxmayıb. Çünki bu məsələlərlə gündəlik məşğul olan insanlarıq. Seçicilərimlə intensiv görüşlərim olur. Seçicilərimin mənə sualı varsa qərargahıma müraciət edir. Bu müraciətlər təhlil olunur və öz həllini tapırlar.
Namizədliyimlə bağlı konkret heç nə deyə bilmərəm. Bunu zaman göstərəcək. Hələ o məsələ haqqında danışmaq tezdir”.
Deputat daha sonra oğlu Aynar Məmmədovun yeni restoranlar açması haqda mətbuatda yayılan xəbərlərə də münasibət bildirib.
“Onlar hamısı boş söhbətlərdir. Hər bir azərbaycanlının hüquqi və fiziki şəxs olaraq müəssisə, təşkilat təsis etməyə ixtiyarı var və hüquq müstəvisində buna icazə verilir. Ona görə də belə məsələlərdə faciə, şantaj xarakterli yanaşma, ictimaiyyətə yalan məlumat çatdırmaqla müəyyən çaxnaşma yaratmaq istəyirlər. Buna da ölkədə yol verilməyib və verilməyəcəkdə. Ona görə də hər kəs öz işini bilməlidir”-deyə deputat qeyd edib.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


