Rəis müavini işdən çıxarıldı

Rəis müavini işdən çıxarıldı
  19 Mart 2015    Oxunub:2548
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini Emin Şahbazov vəzifəsindən azad olunub.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib:

“Emin Şahbazov öz ərizəsi ilə təqaüdə çıxıb. Rəis müavini postuna gələcək namizədin kimliyi isə kənd təsərrüfatı nazirinin müvafiq əmrindən sonra bəlli olacaq”, - deyə Y. Xanvəli bildirib.

Qeyd edək ki, DBNX-nin rəis müavini vəzifəsinin müvəqqəti icrası da heç kimə həvalə edilməyib.

DBNX-nin strukturunda dəyişiklik gözlənildiyini bildirən Y. Xanvəli hələ ki, bu istiqamətdə yeniliyin olmadığını bildirib.(apa)




Teqlər:  



Xəbər lenti