Bayramda hava necə olacaq?

Bayramda hava necə olacaq?
  19 Mart 2015    Oxunub:1387
Martın 20-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova AzVision.az-a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 20-si və 21-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


AzVision.az


Teqlər:



Xəbər lenti