Bakıda tələbə qızın öldüyü klinika bağlandı

Bakıda tələbə qızın öldüyü klinika bağlandı
  19 Mart 2015    Oxunub:3322
Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının əməliyyat olunduğu “StarMed” klinikasını fəaliyyətini dayandırdı.
AzVision.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən Oxu.Az-a bildiriblər ki, SN sərəncamı ilə əməliyyatın aparıldığı “StarMed” klinikasının fəaliyyətinin müvəqqəti dayandırılması və hadisə ilə bağlı araşdırmanın aparılması barədə sərəncam verib.

A.Qədirli deyib ki, araşdırma başa çatdıqdan sonra klinikanın fəaliyyəti barədə qərar veriləcək.

Qeyd edək ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının “StarMed” klinikasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Xatıqladaq ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı martın 17-də özəl klinikalardan birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Mərhumun həkimi cərrah Sənan Mehdiyev olub.

AzVision.az


Teqlər:



Xəbər lenti