Cahangir Hacıyevin müəmmalı istefası...
C.Hacıyevin istefası bir sıra suallar yaradıb. Doğurdanmı, onun səhhətində problem var?
AzVision.az bu suala aydınlıq gətirmək üçün Azərbaycan Beynəlxalq Bankı ilə əlaqə saxlayıb.
Bankın mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, C. Hacıyev öz istəyi ilə işdən çıxıb:
“O, istefa ərizəsi yazmışdı. Ərizə də Bankın Müşahidə Şurası tərəfindən qəbul edildi. Nəticədə o bankda tutduğu vəzifədən azad olundu. Onun yerinə İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayev təyin olunub. Cahangir Hacıyevin hansı xəstəliyinin olması ilə bağlı bizdə heç bir məlumat yoxdur.
Bankdan həmçinin bildirilib ki, C. Hacıyevin səhhəti ilə bağlı narahat olmağa elə də böyük əsas yoxdur: “O xəstəxanada deyil”.
Qeyd edək ki, C.Hacıyev Azərbaycan Dövlət Universitetində təsil alıb və təhsilini 1986-cı ildə başa vurub. O, 1993-cü ildə Austində Texas Universitetində MBA dərəcəsində və Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnib.
C.Hacıyev 1993-1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1995-ci ildə o, Azərbaycan Beynəlxalq Bankında işə başlayıb.
O, 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin Sədri vəzifəsində çalışıb.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


