Prezident yumurta döyüşdürdü - FOTOLAR

Prezident yumurta döyüşdürdü - FOTOLAR
  19 Mart 2015    Oxunub:2570
Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

AzVision.az-ın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri şənlikdə iştirak ediblər.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Kosa və Keçəl prezident İlham Əliyevi və ailə üzvlərini bayram münasibətilə təbrik ediblər. Dövlət başçısı keçəllə yumurta döyüşdürüb.

Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi.

Qalereya




Teqlər:  



Xəbər lenti