Polis mayoru qəza törətdi - yaralılar var
Füzuli Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlərlə iş üzrə müavini, polis mayoru İsa Hacıyevin idarə etdiyi 90-AT-677 dövlət nömrə nişanlı "Chevrolet Niva" markalı xidməti avtomobillə rayon sakini, 1983-cü il təvəllüdlü Elvin Məhəmməd oğlu Əliyevin idarə etdiyi "Opel " markalı avtomobil toqquşub.
Qəza nəticəsində "Opel" markalı maşının sürücüsü və avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Əşrəf Həsən oğlu Şahbazov müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


