İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
  19 Mart 2015    Oxunub:1633
Azərbaycan prezidenti İlham Əliyev Tunis Respublikasının prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.
AzVision.az-ın xəbərinə görə, dövlət başçısı Tunis Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə tunisli həmkarını təbrik edib.

“Ümidvaram ki, Azərbaycanla Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək” - deyə məktubda bildirilir.


Teqlər:



Xəbər lenti