İcra başçısı Xalq artistinə ev verdi

İcra başçısı Xalq artistinə ev verdi
  20 Mart 2015    Oxunub:4035
Bu gün YAP Gəncə şəhər Təşkilatının Qərargahında şəhər fəallarının yığıncağı keçirilib. Yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, içtimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, şəhərimizdə Novruz şənliklərinin bütün idarə və müəssisə təşkilatlarının, ali , orta ixtisas, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil, musiqi, mədəniyyət, incəsənət, idman kollektivlərinin iştirakı ilə ümumşəhər bayramı olaraq yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Yığıncaqda Gəncə Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının Xalq artisti, "Qızıl Dərviş" mükafatçısı Məmmədəli Balayevə 75 illik yubileyi münasibəti ilə ikiotaqlı mənzilin açarı təqdim edilib.

M.Balayev Novruz bayramı ərəfəsində ona göstərilən bu diqqəti ən qiymətli bayram töhvəsi olaraq dəyərləndirib və İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.


Teqlər:  



Xəbər lenti