Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu
  20 Mart 2015    Oxunub:1656
Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.
Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” İstanbulda Belçikanın “Brügge” kollektivi ilə cavab qarşılaşmasına çıxıb. İlk görüşdə rəqibinə 2:1 hesabı ilə uduzan Türkiyə təmsilçisi bu dəfə də meydanı məğlub tərk edib. Görüş 1:3 hesabı ilə qonaq komandanın qələbəsi ilə başa çatıb.

İki İtaliya klubunun - “Roma” və "Fiorentina” kollektivlərinin mübarizəsində Florensiya təmsilçisi 0:3 hesabı ilə qalib gəlib.

Günün digər qarşılaşmaları “Dinamo” (M, Rusiya) - “Napoli” (İtaliya) - 0:0, “Dinamo” (K, Ukrayna) – Everton” (İngiltərə) - 5:2, “Ayaks” (Hollandiya) - "Dnepr” (Ukrayna) - 2:1, “İnter” (İtaliya) - "Volfsburq" (Almaniya) - 1:2, “Sevilya” (İspaniya) - “Vilyarreal” (İspaniya) - 2:1, “Torino” (İtaliya) - “Zenit” (Rusiya) - 1:0 nəticələnib.

Beləliklə, “Napoli”, "Fiorentina”, Kiyev “Dinamo”su, “Brügge”, "Volfsburq", “Sevilya”, “Zenit” və “Ayaks” kollektivləri Avropa Liqasının 1/4 final mərhələsinə yüksəliblər.


Teqlər:





Xəbər lenti