Bakıda daha bir yol bağlandı

Bakıda daha bir yol bağlandı
  20 Mart 2015    Oxunub:1554
Bu gündən Bakıda daha bir yol bağlanılır.
AzVision.az-ın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən bildirilib.

Məlumata görə, martın 20-dən etibarən səhər saatlarından paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərinin Böyük Şor dairəsinə gedən istiqamətdəki hissəsi bağlanıb.

Səbəb hər iki yolötürücüsündə temperatur tikişlərinin yenilənməsidir. Hazırda həmin hissədə köməkçi yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti