İlham Əliyev ABŞ prezidentinə başsağlığı verib

İlham Əliyev ABŞ prezidentinə başsağlığı verib
  21 May 2013    Oxunub:1480
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib.
Məktubda bildirilir: “Hörmətli cənab Prezident, Oklahoma ştatında baş vermiş təbii fəlakət – tornado nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Bu ağır anları Sizinlə bölüşür, yaralananların və xəsarət alanların tezliklə sağalacağına, dağıntıların aradan qaldırılacağına ümidlərimi ifadə edirəm”.

Son məlumatlara görə, Oklahomada baş verən tornado qasırğası nəticəsində 100-ə yaxın insan həyatını itirib.


Teqlər:  





Xəbər lenti