Sabah daha bir yol bağlanır – Xəbərdarlıq

Sabah daha bir yol bağlanır – Xəbərdarlıq
  20 Mart 2015    Oxunub:1776
Bakıda daha bir yol təmir olunur.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən AzVision.az-a verilən məlumata görə, bu gün səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinin köməkçi sahəsinə qədər olan gediş-gəliş hissəsində təmir işlərinə başlanılıb.

Təmir çərçivəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi və genişləndirilmə işləri həyata keçiriləcək.

Göstərilən işləri nəzərə alaraq martın 21-i səhər saat 08:00-dan etibarən Babək prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə nəqliyyatın hərəkəti dayandırılacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzVision.az


Teqlər:  



Xəbər lenti