Bakıda 173 min sürücü cərimələndi
“Bunlardan 3226-sı avtomobilin sərxoş halda idarə edilməsinə, 581-i qəza şəraiti yaradılmasına, 3237-si işıqforun qırmızı işığında hərəkət edilməsinə, 878-i sürət həddinin aşılmasına, 111-i avtomobilin dövlət nömrə nişanı olmadan, 793-ü sənədsiz idarə edilməsinə, 554-ü sərnişindaşıma qaydalarının pozulmasına, 36 816-sı ötmə, manevretmə, yolayrıclarını keçmə qaydalarının pozulmasına, 756-sı avtomobilin pərdə və plyonkalı olmasına, 167-si avtoxuliqanlığa, 722-si polisin saxlama əmrinə tabe olmamağa görə tərtib edilib. Sürücülərdən başqa, yol hərəkəti qaydalarını pozan piyadalar da cərimələnib. Bununla bağlı polis əməkdaşları tərəfindən 22886 protokol tərtib edilib».
V.Əsədov qeyd edib ki, əlavə olaraq Mərkəzi Məlumat Xidməti tərəfindən avtomatik olaraq elektron qaydada 47 930 prokotol tərtib edilib. Bölmə rəisi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar sürücü və piyadalara müraciət edərək onları yollarda maksimum diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


