Daha bir Avropa çempionatı Bakıda keçiriləcək

Daha bir Avropa çempionatı Bakıda keçiriləcək
  20 Mart 2015    Oxunub:2413
İstanbulda Avropa Karate Federasiyasının növbəti konqresi keçirilib.
AzVision.az Azərbaycan Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Milli Karate Federasiyasına istinadən xəbər verir ki, konqresdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun 2020-ci ildə 55-ci Avropa çempionatının Bakıda keçirilməsi təklifi müsbət qarşılanaraq təsdiq edilib.

Y.Bəşirov çıxışında bildirib ki, idman ölkəsi kimi tanınan Azərbaycanda böyük miqyaslı rəsmi yarışların təşkil edilməsi üçün dövlət tərəfindən hər cür dəstək var:
“Qarşıdan gələn ilk Avropa Oyunlarının, həmçinin 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkil edilməsi buna əyani sübutdur.

Bütün bu müsbət göstəricilərin Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində yaranıb. Əminəm ki, 5 il sonra Avropa çempionatının da paytaxtımızda yüksək səviyyədə təşkil ediləcək”.

Konqresdə iştirak edən Bakı-2015 Avropa Oyunlarının karate yarışları üzrə meneceri Dmitri Çigenev tədbir iştirakçılarına qarşıdakı məsul yarışla bağlı ətraflı məlumat verib və son hazırlıq işlərindən danışıb. Avropa karate ailəsi səbirsizliklə Avropa Oyunlarını gözləyir və bu mötəbər yarışın proqramına karatenin də daxil edilməsini olimpiadaya daxil olmaq üçün ən mühüm addımlardan biri hesab edir.

AzVision.az


Teqlər:





Xəbər lenti