Bakıda yanğın olub - xəsarət alan var

Bakıda yanğın olub - xəsarət alan var
  20 Mart 2015    Oxunub:1364
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında ev əşyaları 5 kv.m sahədə yanıb və yüksək temperaturdan 1 televizor əriyib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım xidməti tərəfindən Yanıq mərkəzinə aparılıb, ev sahibinin həyat yoldaşı yüngül yanıq xəsarəti alıb və ona yerində ilkin tibbi yardım göstərilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Azvision.az


Teqlər:





Xəbər lenti