Xaçmazda faciə, nişanlanacaq oğlan həyatını itirdi

Xaçmazda faciə, nişanlanacaq oğlan həyatını itirdi
  20 Mart 2015    Oxunub:3212
Bu gün Xaçmaz rayonunda ağır yol qəzası baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu gün saat 11 radələrində Xudat-Nabran yolunda “Mercedes” markalı 40 BL 270 nömrə nişanlı avtomobil sürətlə hərəkət edərkən idarəetməni itirib. Avtomobil yol kənarındakı avtoyuma məntəqəsinə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü İlqar Əli oğlu Əliyev hadisə yerində ölüb. Onun sərnişini 2000-ci il təvəllüdlü Fatimə Kamran qızı Yahyayeva ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Hafiz Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, avtomobilin sürücü İlqar Əliyevin sabah nişanı olacaqdı. Onun yanındakı sərnişin isə onun nişanlısı olub.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti