Dılğır(lar)

Dılğır(lar)
  20 Mart 2015    Oxunub:15776
Mehman Muradlı

`Dılğır` sözünün etimologiyası ta qədimlərə gedib çıxır. Qədim türk sözü olmaqla, mənası fərdə xas olan mənfi xüsusiyyəti özündə əks etdirir. Müasir dildə “heç bir ictimai çəkisi olmadan özünü ictimai faydalı kimi göstərməklə, cəmiyyətə və mənsub olduğu topluma qarşı bəd niyyətini həyata keçirmək üçün nəslini satışa qoyan” anlamı verir.


`Dılğır` sözünün ən maraqlı anlamı isə qara-ağ rəngli heyvan olmasıdır.

Allahdan gizli deyil, bəndədən nə gizlədək, bizim cəmiyyət də dılğırlardan xali deyil.

Dılğırlar sürü halında yaşamasalar da, arada bir sürü vəziyyəti almaq kimi adətləri var. Bir növ, ayda bir dəfə buna adətkardılar.

Bu canlılar fizioloji cəhətdən insana bənzəsələr də, insandan fərqlənən cəhətləri düşüncələrindədir.

Dılğırlarda alqomenoreya xəstəliyi geniş yayılıb. Bu xəstəliyin 2 növü var: birinci və ikinci alqomenoreya.

Birinci alqomenoreyada sinir sistemi anotomik xüsusiyyətlərinə görə ağrılara səbəb olur. Əgər ağrı mütəmadi yox, periodik baş verirsə, o zaman ağrı yaradan faktorlara diqqət yetirmək lazımdır. Psixoloji travmalar, fiziki işin çoxluğu, yorğunluq və digər psixoloji və ya əsəb pozğunluğu ağrılara səbəb ola bilir.

Bu cür ağrılar avtobus sürücüsünə qışqırmaqla, ona hədə-qorxu gəlib işdən qovdurmaqla, şantaj etməklə müşayiət olunur.
Bəzən bu xəstəliyin daşıyıcısı olan dılğır sol qaşını ülgüclə qırxır. Bunun nə anlama gəldiyini heç dılğırın özü də bilmir. Bəzi mütəxəssislərin bildirdiyinə görə, bu cür xəstəliyin səbəbi ağır fiziki və əqli gərginlik ola bilər.

Dılğırlar adətən ağır fiziki əməklə məşğul olmadığından, əqli gərginlik əsas səbəb sayıla bilər. Ağır fiziki əmək dılğırlarda videokameranı çiynində daşımaqdan ibarətdir. Onlar bundan ağır yük daşıya bilmirlər.

Alqomenoreya xəstəliyindən sonra dılğırlarda ikinci geniş yayılmış xəstəlik endometriozdur. Bu xəstəliyin xüsusiyyəti beyinin qanlı iltihabıdır. Beyində baş verən endometrioz zamanı endometriya hüceyrələri onlara xas olmayan yerlərə - ağıza (oral) çökür. Endometriozun geniş yayılmış simptomlarından biri də ağızda tünd-qəhvəyi ifrazatın olmasıdır. Dılğırlar bu ifrazatla ətrafa üfunət iyi verməklə, insanları iyrəndirirlər. Dılğırlar beyinlərindəki enometriozun ifraz edilməsi üçün fiziki qüsurlu insanlardan istifadə etməklə ağızlarındakı üfunəti ətrafa rahatlıqla transfer edə bilirlər.

Dılğırların beyninə enometrioz süni yolla da köçürülür. Bu süni köçürməni isə yankilər gözəl bacardığından, təbii yolla yaranan enometriozun üfunət iyindən daha kəskin olur və böyük fəsadı törədir. Bu fəsad menorragiya xəstəliyinə səbəb olur.

Yankilər əsasən bunu yeniyetmələrə tətbiq etdiyi üçün, yeniyetməlik və preklimakterik dövründə tez-tez hormonların disbalansı (balansın pozulması) baş verir.

P.S. Enometrioz nə qədər üfunətli olsa, ancaq öz ağzını partladır.
P.S.S. Ginekoloqlardan onların sahәsinә müdaxilә etdiyim üçün üzr istәyirәm.


Teqlər:  



Xəbər lenti