Daha bir ana doğuşda öldü – Özəl klinikada

Daha bir ana doğuşda öldü – Özəl klinikada
  21 Mart 2015    Oxunub:2300
Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib.
AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-“Astoriya” Tibb Mərkəzində baş verib.

Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.

“Astoriya” Tibb Mərkəzindən hadisənin olmasını təsdiqləsələr də, onunla bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti