Azay Quliyev Milli Platforma üzvləri ilə görüşüb

Azay Quliyev Milli Platforma üzvləri ilə görüşüb
  21 May 2013    Oxunub:1197
Avronest Parlament Assambleyasının 27-28 may 2013-cü il tarixində Brüsseldə keçiriləcək plenar iclasının gündəliyinə tanınmayan, konfliktli ərazilərin QHT və fəallarının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda iştirakları ilə bağlı məsələ salınıb
Avronest Parlament Assambleyasının 27-28 may 2013-cü il tarixində Brüsseldə keçiriləcək plenar iclasının gündəliyinə tanınmayan, konfliktli ərazilərin QHT və fəallarının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda iştirakları ilə bağlı məsələ salınıb.

Şərq Tərəfdaşlığının Azərbaycan Milli Platformasının bir qrup üzvü bu məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Avronest Parlament Assambleyasının üzvü, millət vəkili Azay Qulievlə görüşüb. Görüşdə millət vəkili Azay Quliyev Avronestin Parlament Assambleyasının gündəliyindəki məsələ barəsində ətraflı məlumat verdi. Milli Platformanın üzvü Əvəz Həsənov bildirdi ki, bu məsələ 2009-2010-cü illərdə onun koordinator olduğu dövrdə də Forumda müzakirə olunmuş və mütamadi olaraq Azərbaycan tərəfinin etirazı nəticəsində məsələ beynəlxalq hüquq normaları nəzərə alınaraq həll olunub.

Nəzərinizə çatdıraq ki bu ilin 4-5 aprel tarixində Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin İrəvanda keçirilmiş toplantısında münaqişə zonasından olan vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı yenidən gündəmə gəlib və Azərbaycan Milli Platformasının məlum bəyanatından sonra tərəflər arasında ümumi razılaşma əldə olunub. Buna baxmayaraq məsələnin Avronestin Parlament Assambleyasının gündəliyinə salınmasını narahatçılıqla qarsalayan görüş iştirakçıları millət vəkilindən plenar iclasda məsələnin müzakirəsindən çıxarılması üçün səylər göstərməsini istəyiblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti