“Mançester Yunayted”in futbolçusunu ağlatdılar

“Mançester Yunayted”in futbolçusunu ağlatdılar
  21 Mart 2015    Oxunub:2426
“Mançester Yunayted”in hücumçusu Radamel Falkaounun sabiq agenti Silvano Espindola bəyan edib ki, kolumbiyalı klubda hökm sürən vəziyyətə görə ciddi narahatlıq keçirir.
Bu barədə AzVision.az “Daily Mail”ə istinadən xəbər verir.

“Biz onunla tez-tez bu məsələni müzakirə edirik. Falkaonun klubda xoşbəxt olduğunu deyə bilmərəm. Biz dəfələrlə danışıb, birlikdə ağlamışıq. Radamel çox pis vəziyyətə düşüb. Çünki hər bir hücumçu qollar vurmaq istəyir. Baş məşqçi Van Qalla problemlər yalnız Falkaoda deyil, digər oyunçularda da baş verib. Bu məşqçi futbolçularda özünə inamı öldürür”, - deyə Espindola bildirib.

Qeyd edək ki, Falkaonun “Mançester Yunayted”in baş məşqçisi Lui Van Qalla ümumi dil tapa bilmir. 2014-cü ilin yay ayında icarə əsasında “Manoko”dan İngiltərə təmsilçinin heyətinə keçən Falkao mövsüm ərzində üç oyunda meydana çıxıb. Bu ilin fevral ayında isə Falkao “Mançester Yunayted”in gənclərdən ibarət komandasının heyətinə keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti