Bayram günləri 6 nəfər tonqal ətrafında yanıb
Z.Vahidova bildirib ki, bayram günlərdə əsas çağırışlar qan təzyiqinin artması, ürək ağrısı, mədə-bağırsaq pozğunluğu və s. ilə əlaqədar olub. Adi günlərlə müqayisədə bayram günlərində xroniki xəstələrə və uşaqlara görə edilən çağırışların sayı da artıb. Bu artım, əsasən, poliklinikaların bayram günləri ərzində işləməməsi ilə bağlıdır:
“Xroniki xəstələr adətən adi günlərdə özlərinin qida rejimlərinə daha diqqətli olsalar və pəhriz saxlasalar da, bayram günlərində bu pəhrizi pozurlar. Belə xəstələrin güclü enerjili qida olan şəkərbura, paxlava və digər şirniyyatları, müxtəlif çərəzlər yeməsi onların səhhətinə mənfi təsir göstərib”.
Böyük həkim deyib ki, bu il bayram tonqalında yananların sayı da azalıb. İlaxır çərşənbə və Novruz bayramı günləri daxil olmaqla, ümumilikdə 6 nəfər tonqal ətrafında yanıb. Onların hamısının yanıq xəsarətləri yüngül olduğu üçün hadisə yerində ilkin tibbi yardım göstərilib.
AzVision.az
Teqlər: