Picassonun montyoru onun əsərlərini oğurlayıbmış?
Montyor iddia edib ki, əsərləri ona Picassonun özü, 1973-cü ildə, ölümündən az əvvəl verib.
Sənət əsərləri Picasso fonduna qaytarılmalıdır.
Bu kolleksiyaya hələlik qiymət qoyulmayıb, lakin Picassonun sevgilisi Dora Maarın 1942-ci ildə çəkilmiş portreti ötən ilin may ayında 22, 6 milyon dollara satılıb.
Montyorun saxladığı sənət əsərlərinin arasında litoqrafiya nümunələrinin, portretlərin, sulu boya və karandaşla çəkilmiş eskizlərin olduğu söylənir.
“Picasso mənə tam inanırdı, - deyib Le Guennec məhkəmə dinləməsində.
O deyib ki, Picassonun xanımı Jacqueline ona içərisində 271 iş olan qutunu özü verib.
Montyor sənət əsərlərini 2010-cu ilədək qarajında saxlayıb, lakin bundan sonra Picassonun müəllifliyini təsdiq etdirmək üçün Parisə gətirib. Rəssamın varisləri də elə bu vaxt məhkəməyə müraciət ediblər.
Prokurorlar montyora və onun xanımına 5 il həbs cəzası istəmişdilər. (BBC)